Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər. İndi Rusiya ərazisinə gələn hər bir əcnəbinin təqdim olunan anketi doldurması kifayətdir.
Karonavirusdan peyvənd olunmamış rusiyalılar üçün də COVID-19 testi ləğv edilib. İndiyədək COVID-19 pasportu olmayan rusiyalılar vətənə qayıtdıqdan sonra 3 gün ərzində test verməli olurdular.