Oktyabrın 23-26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Moskvaya səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, səfər çərçivəsində o, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək. Tərəflərin Rusiya ilə İƏT ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq, beynəlxalq aləmdəki vəziyyətlə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.