Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib

A- A A+

Bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.

NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bir neçə rayonda partlayış səsləri eşidilib.

Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya raketləri cənub istiqamətindən buraxılıb.

"Raketlər bizdən yan keçib. Yəqin ki, ölkənin qərb və mərkəzi hissələrinə düşüb", - o deyib.

Eyni zamanda Hərbi Administrasiyanın rəhbəri Oleksiy Kuleba Kiyev vilayətində hava hücumundan müdafiə sistemlərinin (HHM) işə salındığını bildirib.

"Sığınacaqlardan çıxmayın. HHM sistemlərini, düşmən obyektlərini və onların düşməsini əks etdirən foto və videoçəkiliş qadağasını unutmayın. Özünüzə diqqət edin və sakit olun!", - O.Kuleba vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: