Ermənistanda müqavilə əsasında xidmət edən 44 yaşlı hərbçi kənd anbarında asılmış vəziyyətdə aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armenia”ya istinadən xəbər verir ki, hadisə Ermənistanın Dərələyəz vilayətinin (ermənilər Vayots Dzor adlandırır) kəndlərindən birində baş verib.
Bildirilib ki, yerli sakinlər, qohumlar hərbçinin intihar etdiyini ehtimal edirlər.
Hadisə yerinə vilayətin polis idarəsi və istintaq komitəsinin nümayəndələri gediblər.
Araşdırma aparılır.