ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu, lakin hələlik bununla bağlı son qərar qəbul etmədiyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Co Bayden bu barədə MSNBC telekanalına müsahibəsində deyib.
“Həyat yoldaşım hesab edir ki, biz çox mühüm iş görürük və mən bundan imtina etməməliyəm” – deyə prezident ABŞ-ın birinci xanımı Cill Baydenin növbəti seçkilərdə onun potensial iştirakına münasibəti barədə jurnalistin sualına cavabında bildirib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.