Türkiyə Prezidenti: Ölkəmizi sabitlik adasına çevirmək üçün səylə çalışırıq

A- A A+

Ölkəmizi sabitlik adasına çevirmək üçün səylə çalışırıq. Bunu reallaşdırmağımıza mane olmaq istəyən terror təşkilatları və onların arxasında duran imperialist güclər bu işlərə əngəl ola bilməyəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) oktyabrın 23-də Diyarbəkirdə təşkil edilən toplantısında çıxışı zamanı ifadə edib.

Gündəlikdə duran ictimai-siyasi və iqtisadi məsələlərilə bağlı fikirlərini vətəndaşlarla bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkir bölgəsində planlaşdırılan sosial-iqtisadi layihələr barədə geniş məlumat verib.

Tədbirdə Türkiyə xalqının birliyi, ölkədəki sabitliyin və qardaşlığın qorunması ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Diyarbəkirə səfəri çərçivəsində TOKİ (Toplu Konut İdaresi Başkanlığı) tərəfindən inşa edilən 1525 mənzilin, 17 biznes mərkəzinin, dairəvi yolun açılışında iştirak edib. Muzeyə çevrilən Diyarbəkir Həbsxanası Ədliyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib.

Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin “İlk səsim Ərdoğana, ilk səsim AK Partiyaya!” şüarı altında təşkil olunan tədbirdə gələn il Türkiyədə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək vətəndaşlarla görüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: