“Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 8,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib

A- A A+

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 8,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 390-dan çox gəmi Ukrayna limanlarını tərk edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində oktyabrın 23-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 13 gəmi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 224,3 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: