Ermənipərəst hərbi jurnalist Semyon Peqov Ukraynada yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Peqovun yerləşdirildiyi Donetskin Travma Mərkəzindən TASS-a bildirilib.
Belə ki, hərbi jurnalist hazırda ayağındakı yara ilə Travma Mərkəzində müalicədədir. O, yaxın saatlarda əməliyyat olunacaq.
Peqovun vəziyyəti orta ağır qiymətləndirilir.