Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, uçuş zamanı iki qağayı “Su-34”ün mühərriklərinə daxil olub:
“Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”.
Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 15 nəfər ölüb, onlardan üçü uşaqdır.