Türkiyənin təhlükəsizlik qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi növbəti xüsusi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror təşkilatlarının aparıcı simalarından daha biri zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, terror təşkilatına 2010-cu ildə qoşulan “Ahmed Dorşin” ləqəbli Eyyüp Yakut Türkiyə və Suriya ərazilərində həyata keçirdiyi terror aktlarına görə axtarışda olub. O, Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” antiterror rayonundakı birliklərinə qarşı təxribatlar həyata keçirmək məqsədilə 2020-ci ildən Suriya ərazisində fəaliyyət göstərib. Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən təqib edilən terrorçu dəqiq atəşlə məhv edilib.