Oktyabrın 24-də günorta saatlarında Gürcüstanda ard-arda zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Bildirilib ki, birinci zəlzələ saat 13:20-də Dmanisi rayonunun Məmişli kəndində qeydə alınıb.
İkinci zəlzələ isə Tbilisi vaxtı ilə saat 13:39-da Tsalkanın Salamaleykum kəndində qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ 3,7 bal gücündə olub.