Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mühafizəkarlar Partiyasının lideri bu postda Liz Trassı əvəz edəcək.
O, Britaniyanın ilk hind əsilli Baş naziridir.
Rişi Sunakla birgə baş nazir postu üçün mübarizə aparan Penni Mordaunt namizədliyini geri götürüb.