Ermənistanın KTMT-dən çıxması ilə bağlı ölkə parlamentində dinləmələr keçirilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Bildirilib ki, dörd gün əvvəl, oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təklifi ilə müraciət göndərib. Təkliflər sırasında həmçinin Ermənistanın KTMT-dən çıxması tələbi irəli sürülüb.
“Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək mövqeyi narahat edir. Ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, - qəzet müraciətdən belə bir iqtibas gətirib.