Oktyabrın 25-də Ukrayna ilə Rusiya arasında cəsədlərin növbəti dəyişdirilməsi baş tutub. Ukrayna həlak olan 25 əsgərinin cəsədini geri alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
"Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko və bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
Cəsədlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.