“Volvo Cars” avtokonserni Höteborqdakı fabrikində istehsalı dayandırır

A- A A+

İsveçin “Volvo Cars” avtomobil konserni Höteborq şəhərinin Torslanda rayonundakı fabrikində istehsalı bir həftəlik dayandırır.

NUHÇIXAN İnformasiya Agentliyi İsveç KİV-ə istinadla xəbər verir ki, “Volvo Cars” bunun əvvəllər də istehsalı dayandırmağa məcbur edən yarımkeçiricilərin çatışmazlığı ilə əlaqəli olduğunu elan edib.

Şirkət rəsmiləri istehsalın bərpasında lazımi komponentlərin tədarükü ilə bağlı problemlərin həlli üçün işlərin aparıldığını bildiriblər.

Qeyd edək ki, istehsalın dayandırılması ilə bağlı xəbərlərdən sonra “Volvo Cars”ın səhmləri Stokholm Birjasında 0,5 faiz dəyər itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: