RT telekanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə M. Simonyan özünün "Telegram" kanalında yazıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə qarşı da analoji qadağa barədə məlumat verilmişdi.