Oktyabrın 26-da Ukrayna ilə Rusiya arasında əsirlərin daha bir mübadiləsi baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Daha bir əsir mübadiləsi həyata keçirdik. Biri zabit olmaqla 10 ukraynalı hərbçini vətənə qaytara bildik”, - deyə Andrey Yermak deyib.
O, həmçinin bildirib ki, Ukrayna uğrunda döyüşmüş və işğalçılarla döyüşdə həlak olan amerikalı könüllü, ABŞ ordusunun veteranı Coşua Alan Consun cənazəsi də təhvil verilib.