Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” elektrik avtomobillərinə keçid səylərini gücləndirir və 2033-cü ilə qədər tamamilə onların istehsalına keçməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, “Volkswagen” 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modelini buraxacaq. Şirkət 2033-2035-ci illərdə isə daxili yanma mühərrikli avtomobillərin satışını dayandırmağı planlaşdırır.