Akar: İsraillə əməkdaşlığımız regional sabitliyə əhəmiyyətli töhfələr verəcək

A- A A+

“Türkiyə Prezidentinin İsrail Prezidenti və Baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə ilə İsrail arasındakı əlaqələr baxımından mühüm dönüş nöqtəsi oldu”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ankarada rəsmi səfərdə olan israilli həmkarı Benni Qantzla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə və İsrail bölgədə önəmli aktorlardır: “Eyni zamanda, bizim dərin tarixi və mədəni əlaqələrimiz var. Türkiyə ilə İsrail arasında əlaqələr və ortaq dəyərlər var. Bildirmək istərdim ki, Türkiyə olaraq İsraillə münasibətlərimizin və əməkdaşlığımızın, xüsusilə müdafiə, təhlükəsizlik və enerji kimi sahələrdə inkişafı regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcək”.

Akarın sözlərinə görə, Türkiyə tərəfi bütün məsələlər üzrə tələb və mövqelərini qarşı tərəfə çox açıq şəkildə çatdırıb: “Yeni başlayan bu dövrdə biz də mövcud təcrübələrimizdən yararlanaraq bu məsələlərlə bağlı münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizə dair fikirlərimizi bölüşdük. İnanırıq ki, ikitərəfli əməkdaşlığımızın və dialoqumuzun artması bəzi məsələlərin həllini də asanlaşdıracaq. Bu səfər sayəsində əlaqələrimiz daha da inkişaf edəcək, dialoqumuz daha da yaxşılaşacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: