İlon Mask müvəqqəti olaraq “Twitter”in baş direktoru vəzifəsini icra edə bilər

A- A A+

Amerikalı milyarder İlon Maskın müvəqqəti olaraq “Twitter” kompaniyasının baş direktoru vəzifəsini icra edəcəyi gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi Bloomberg agentliyinə istinadla xəbər verir ki, İlon Mask bu postda “Twitter” kompaniyasının baş direktoru vəzifəsindən qovulduğu iddia edilən Paraq Aqravalı əvəzləyəcək.

CNBC teleradio şirkəti İlon Maskın “Twitter” kompaniyasına rəhbərliyi ələ aldığını, Paraq Aqraval və maliyyə direktoru Ned Siqal da daxil olmaqla, əvvəlki rəhbərliyin baş ofisi tərk etdiyi barədə məlumat yayıb.

Financial Times qəzetinin verdiyi xəbərə görə, İlon Mask “Twitter” kompaniyasını 44 milyard dollara aldığı barədə sənədi oktyabrın 27-də axşam saatlarında imzalayıb. O, sövdələşməyə dair rəyləri belə şərh edib: “Quş azaddır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: