Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyənin yüz ili” proqramını elan edib

A- A A+

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) “Türkiyənin yüz ili” (Türkiyənin əsri, Türkiyənin qarşıdakı yüz ili və s.) şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi toplantıya Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunub.

Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb.

“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.

Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: