Rusiyada qismən səfərbərlik başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində bildirib.
Nazir qeyd edib ki, sentyabrın 28-də qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan şəxslərin yola salınması başa çatıb. Bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqavilə ilə hərbi xidmət keçmək istəyənləri qeydiyyata alacaq.
S.Şoyqu 300 min nəfərin qismən səfərbərliyə cəlb olunduğunu, əlavə səfərbərlik tədbirlərinin nəzərdə tutulmadığını bildirib. Hazırda səfərbərliyə cəlb olunmuş 82 min nəfər döyüş bölgələrinə göndərilib, 218 min nəfər isə hazırlıq keçir.