Valensiya 2024-cü ildə Avropanın yaşıl paytaxtı olacaq

A- A A+

Valensiya 2024-cü ildə Avropanın yaşıl paytaxtı olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyası bunu cari ildə Avropanın yaşıl paytaxtı olan Fransanın Qrenobl şəhərində keçirilən qala-gecədə elan edib.

İndiyə qədər İspaniyada bu titula layiq görülmüş yeganə şəhər Vitoriya-Qasteys olub (2012-ci ildə).

2010-cu ildən etibarən Avropa Komissiyası Avropanın yaşıl paytaxtı tituluna layiq görülən şəhərdə ekologiyanın Avropa yaşıl kursuna, 2030-cu ilə qədər Aİ-nin biomüxtəliflik sahəsində müdafiə strategiyasına və BMT-nin Davamlı İnkişaf Hədəflərinə sadiqliyin etiraf edilməsi əlaməti kimi 600 min avro mükafat təqdim edir.

Valensiya öz namizədliyini əsaslandırmaq üçün görülmüş tədbirləri təqdim edib: şəhərin yaşıl infrastrukturunun artırılması –594 hektar təmiz şəhər yaşıllıqları və ya paytaxt küçələrində 7,41 kvadratmetr yaşıl əkmələr; mərkəzi meydanlarda piyadalar üçün ayrıca zonası olan ictimai məkanın bərpa edilməsi, yerli meyvə-tərəvəz məhsulları ilə davamlı qidalanma. Valensiya sakinlərinin 70 faizinin evdən 5 dəqiqəlik məsafədə yaşıl zonası var.

2023-cü ildə Aİ-nin yaşıl paytaxtı qismində Qrenoblu Estoniyanın paytaxtı Tallinn əvəz edəcək.

Əvvəlki illərdə Aİ-nin yaşıl paytaxtları Stokholm, Hamburq, Kopenhagen, Nant, Oslo və Lissabon şəhərləri olub.

Yaşıl paytaxt qismində seçilən şəhərdə azı 100 min sakin yaşamalıdır. Belə şəhərlərin seçimi 12 ekoloji göstərici əsasında həyata keçirilir: havanın və suyun keyfiyyəti, səs-küy səviyyəsi, torpaqdan davamlı istifadə, tullantıların idarə edilməsi, iqlim dəyişməsi, davamlı mobillik.

Aİ-nin üzvü olan 27 ölkədən başqa Türkiyə, Monteneqro, Makedoniya, Serbiya, Albaniya və İspaniya, habelə Avropa iqtisadi zonasına daxil olan İsveç, Norveç və Lixtenşteyn də Aİ-yə daxil olmaq üçün rəsmi namizədlərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: