BMT və Türkiyə oktyabrın 31-də humanitar dəhliz boyunca gəmilərin hərəkəti ilə bağlı razılığa gəliblər. Bu gün 355 min ton kənd təsərrüfatı məhsulundan 12 gəmi Odessa limanlarından Afrika, Asiya və Avropa ölkələrinə yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Birgə Koordinasiya Mərkəzinin (JCC) təklifinə əsasən, BMT və Türkiyə nümayəndələri 40 gəminin yoxlanılması üçün 10 yoxlama qrupunun işini nəzərdə tutur. Bu təklif Ukrayna nümayəndələri tərəfindən qəbul edilib. Rusiya Federasiyasının nümayəndələrinə məlumat verilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, bir gün əvvəl bütün tərəflərin, o cümlədən Rusiya nümayəndələrinin iştirakı ilə yoxlamadan keçən 4 gəminin yükləmə üçün Ukrayna limanlarına daxil olmasına icazə verilib.
Onu da qeyd edək ki, BMT və Türkiyə nümayəndələri Rusiya nümayəndə heyəti ilə danışıqlar aparır və taxıl təşəbbüsünün tam şəkildə həyata keçirilməsi üçün həll yolları axtarmağa davam edirlər.