Ukrayna Hərbi Hava Qüvvələrinin oktyabrın 31-də səhər saatlarında vurduğu Rusiya raketi Moldovanın şimalında yerləşən Naslavçea şəhərinə düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Rusiya Naslavçea şəhərindən 10 km aralıda yerləşən Dnestrdəki su anbarına PUA ilə hücum edib. Su anbarına ziyan dəyməsə də, ona bağlı elektrik xətləri zədələnib.
Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın atdığı 50 raketdən 44-nü vurub.