Oktyabrın sonunda İsveçdə yeni temperatur rekordu qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Şimali Avropa ölkəsinin meteoroloqları oktyabrın 29-da elan ediblər. Onlar bildiriblər ki, payızın ortasına baxmayaraq, krallıqda indiyədək ən yüksək temperatur rekordu qeydə alınıb. 19,5°C dərəcə rekord temperatur, cümə günü oktyabrın 28-də ölkənin cənubunda yerləşən Kristianstad şəhərində qeydə alınıb.
Ümumiyyətlə, müşahidə olunmuş isti hava şəraiti tarix boyu oktyabr ayı üçün rekordu təzələməyə imkan vermir. Belə ki, bu ay ərzində İsveçdə indiyə qədər qeydə alınmış ən yüksək temperatur 1995-ci il oktyabrın 9-da - 24,5°C qeydə alınıb. Bununla belə, bu Skandinaviya ölkəsində 160 ildən çox aparılan meteoroloji müşahidələr onu da deməyə imkan verir ki, indiyə qədər oktyabrın sonunda havanın hərarəti heç vaxt 19°C-ə qədər yüksəlməyib.
İsveç Meteorologiya və Hidrologiya İnstitutunun mütəxəssislərinin fikrincə, bu İsveçdə indiyə qədər oktyabrın sonunda qeydə alınan ən yüksək temperatur olub.