Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini noyabrın 9-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.