Rusiya ordusu Ukraynanın Nikolayev vilayətinə "S-300" zenit-raket kompleksi ilə zərbə endirib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.
“Nəticədə 1 nəfər mülki şəxs ölüb, bir sıra mülki obyektlərə zərər dəyib”, - o vurğulayıb.
A.Senkeviçin sözlərinə görə, həmçinin bir neçə fərdi yaşayış evinin pəncərə və qapıları sınıb, dam örtüyü zədələnib.