Yeni “Google” qurğuları təqdim edilib

A- A A+

“Google” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda “Pixel 3”, “Pixel 3XL” smartfonlarını və “Pixel Slate” planşetini nümayiş etdirib. NUHÇIXAN “RİA Novosti” resursuna istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Rik Osterloh yeni qurğuların təqdimatı çərçivəsində bildirib ki, biz dünyada ən yaxşı kamera yaradaraq onu ən yaxşı “Pixel 3” smartfonuna quraşdırmışıq. “Biz həm iş, həm də oyun üçün masaüstü kompüter gücünə və məhsuldarlığa malik planşet təqdim edirik”, - şirkət təmsilçisi “Pixel Slate” planşetinin nümayişi zamanı qeyd edib. O, həmçinin əlavə edib ki, ev istifadəsi üçün şirkət “Google Home Hub” ağıllı ekranını hazırlayıb. R.Osterloh yeni qurğuların texniki xüsusiyyətləri barədə məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: