Türkiyə bayrağı altında üzən gəmilər Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılmasına baxmayaraq, Ukraynadan ərzaq ixracına davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl və gübrə ixracına başlamaq üçün səylərini davam etdirir.
Qeyd edək ki, “taxıl sazişi” Ukrayna, Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.