Dövlət Departamenti Ukraynada minaların təmizlənməsinə kömək etmək üçün Kaliforniya şirkətinə 47,6 milyon dollar ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.
“Bu gün biz Ukraynaya təcili mina təmizləmə yardımı göstərmək üçün Kaliforniyanın Pasadena şəhərindəki Tetratec Inc şirkətinə 47,6 milyon dollar məbləğində vəsait ayrıldığını elan edirik”,- deyə o bildirib.
Avropa İttifaqının xarici xidmətinin nümayəndəsi Nabila Massrali bəyan edib ki, Ukraynada hərbi əməliyyat başlayandan bəri təşkilat Kiyevə silah tədarükü üçün Avropa Sülh Fondundan 3,1 milyard avroya yaxın vəsait ayırıb.