Oktyabrda Avropanın anbarlarında qaz ehtiyatları 95 faizə çatıb

A- A A+

Oktyabr ayında Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi təxminən 95 faizə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gas Infrastructure Europe assosiasiyasının məlumatında deyilir. Məlumata görə, ötən ay Avropanın qaz anbarlarında mavi yanacağın həcmi 8,8 milyard kubmetr artıb. Bu, 2011-ci ildən bəri oktyabr ayı üçün rekord göstəricidir. Eyni zamanda, oktyabrda anbarlardan qazın çıxarılması son üç ildə qeydə alınan göstəricidən aşağı olub - cəmi 1,9 milyard kubmetr. Belə dinamika Avropa İttifaqının ərazisində oktyabr ayı üçün xarakterik olmayan isti hava şəraiti ilə izah olunur.

Oktyabrın 31-nə olan məlumata görə, Avropanın qaz anbarlarında yanacaq ehtiyatları 94,76 faizə çatıb ki, bu da son beş ilin analoji dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Hazırda qitənin anbarlarında təxminən 102,3 milyard kubmetr qaz var.

Bundan öncə Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdülər.

Portuqaliya, Belçika və Fransada qaz anbarları 100 faiz dolub. Danimarkada bu göstərici 99,63 faiz, Almaniyada 98,91 faiz, Polşada 98,79 faiz, İspaniyada 97,7 faiz, Rumıniyada 96,55 faiz, İtaliyada 95,45 faiz, Niderlandda 91,61 faiz, İsveçdə 92,94 faizdir.

Ən aşağı göstəriciyə malik beş Avropa ölkəsinə isə Avstriya (92,82 faiz), Slovakiya (90,76 faiz), Bolqarıstan (90,11 faiz), Macarıstan (85,51 faiz) və Latviya (57,49 faiz) aiddir.

Anbarların doldurulması, əsasən maye qaz və alternativ qaz kəməri ilə yüksək qiymətə tədarüklər hesabına həyata keçirilir. Belə ki, oktyabr ayında Avropada mavi yanacağın orta qiyməti min kubmetr üçün təxminən 1382 dollar təşkil edib.

Eyni zamanda, Rusiyanın “Qazprom” kompaniyası Avropa ölkələrində anbarların maksimuma yaxın doldurulmasına baxmayaraq, onlara payız-qış dövrünün etibarlı şəkildə keçəcəyinə zəmanət verməyəcəyi barədə xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: