Prezident Ərdoğan: “Türkiyənin yüz ili” proqramını təqdim edərək, gələcək strategiyamızı millətimizlə paylaşdıq
“Türkiyənin yüz ili” proqramını təqdim edərək gələcək strategiyamızı millətimizlə paylaşdıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin qrup toplantısında çıxışı zamanı ifadə edib.
AK Partinin iqtidarda olduğu son 20 il ərzində Türkiyəyə qazandırdığı nailiyyətlərdən, eləcə də dövlətin qüdrətlənməsi istiqamətində görülən tədbirlərdən bəhs edən Rəcəb Tayyib Ərdoğan qarşılaşdıqları çətinliklərin xalqın dəstəyi ilə dəf edildiyini xatırladıb.