Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə bu gün Putin keçirdiyi müşavirədə bildirib.
O, Rusiyanın “Taxıl sazişi”ndə iştirakının bərpa olunması ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verdiyini vurğulayıb.
“Lakin Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin qeyd edib.
Putin Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını söyləyib.