Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qeyd olunub ki, danışıq zamanı Ukraynaya dair son hadisələr, xüsusilə də taxıl dəhlizi müzakirə edilib.
Nazir Çavuşoğlu həmkarına “Taxıl sazişi”nin bundan sonra da problemsiz həyata keçirilməsini təmin etmək üçün Türkiyənin səyləri barədə məlumat verib.
Blinken öz növbəsində Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə minnətdarlığını bildirib.