ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bənd artıraraq 3,75 – 4,0 faizə çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla da FES il ərzində ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb.
Son faiz artımı ilə uçot dərəcəsi 2007-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.