Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, prezidentlər Rusiya-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.
Danışıq zamanı Prezident Ərdoğan taxıl daşınmasında yaranan problemin əməkdaşlıqla həll olunmasından məmnunluğunu ifadə edib.
Həm Ukrayna, həm də Rusiyanın taxıl məhsullarını satmasının bütün dünya üçün kritik əhəmiyyət daşıdığını qeyd edən Türkiyə Prezidenti taxıl daşınması müqaviləsinin davam etdirilməsi, eləcə də iki ölkə arasında davam edən gərginliyin aradan qaldırılması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl daşınması üçün ayrılan dəhlizin hərbi məqsədlər üçün istifadə olunmayacağına dair təminat aldıqlarını və buna görə də gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünün davam edəcəyini bildirib.