Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi 2023-cü ildə hazır olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "ATV" telekanalına müsahibəsi zamanı deyib.
"2023-cü ildə yerli döyüş təyyarəmiz anqardan çıxacaq. "Hürjet", pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" da hazırda hazırlanmaqdadır. Bayraktar TB3 "Anadolu" təyyarə gəmisindən qalxa və gəmiyə enə biləcək, Atak-2 helikopteri ilk uçuşunu həyata keçirəcək. Uzun mənzilli hava hücumundan müdafiə sistemlərimizin, yer-hava raketlərinin və Gökdoğan raketlərinin ilk tədarükü də həyata keçiriləcək", - deyə R.T.Ərdoğan bildirib.