Qazaxıstanın Karaqanda vilayətindəki mədənlərdən birində qaz sızması nəticəsində beş nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinforma istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 3-də gecə saatlarında Şaxtinsk şəhərindəki Lenin adına mədəndə baş verib. Qazma işləri zamanı qaz sızması beş nəfərin həyatına son qoyub, dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 106 nəfər isə təxliyə edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb.