“Pəncə Kilit” əməliyyat sahəsində indiyədək 429 terrorçu zərərsizləşdirilib

A- A A+

“Pəncə Kilit” əməliyyat sahəsini nəzarət altında almaq üzrəyik, bununla da sona yaxınlaşırıq. Zap bölgəsini terrorçulardan təmizləyəcəyik və bununla da sərhədlərimizin tamamına kilid vuracağıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

İraqın şimalında həyata keçirilən “Pəncə Kilit” əməliyyatı bölgəsində mübarizənin əzmlə aparıldığını vurğulayan nazir Akar türk hərbçiləri tərəfindən 540-dan çox sığınacaq və mağaranın təmizləndiyini, terrorçuların yerləşdirdiyi 1808 mina və süni üsulla hazırlanan partlayıcı maddənin məhv edildiyini deyib. O bildirib ki, indiyədək bölgədə 429 terrorçu zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: