Ukrayna indiyədək Rusiyanın 74 000 hərbçisini zərərsizləşdirib

A- A A+

Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 74 000 hərbçisi zərərsizləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, son sutkada 730 rusiyalı hərbçi məhv edilib.

Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.

Baş Qərargahın məlumatına əsasən, Rusiyanın digər döyüş itkiləri - 2 734 tank, 5 552 zirehli maşın, 1 755 artilleriya sistemi, 390 reaktiv yaylım atəşi sistemi, 198 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 442 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 162 avtomobil və avtoçən, 155 xüsusi texnikadan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: