Pakistanın sabiq Baş naziri İmran Xan bu gün Qucranvala şəhərində siyasi yürüş zamanı açılan atəş nəticəsində ayağından yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Geo.tv kanalı polisə istinadla məlumat yayıb. Məlumata görə, İmran Xanın rəhbərlik etdiyi “Təhrik-i-İnsaf” (Ədalət Uğrunda Hərəkat) siyasi hərəkatının daha bir neçə üzvü yaralanıb. Şübhəli şəxs saxlanılıb. İmran Xanın vəziyyətinə dair məlumat verilmir.
Pakistanın Baş nazir Şahbaz Şərif baş verənləri pisləyib. O, daxili işlər naziri Rana Sanaullaha polisdən və Pəncab əyalətinin administrasiyasından hadisə ilə bağlı hesabat tələb etməyi tapşırıb.
Müxalifət tərəfdarlarının yürüşü oktyabrın 28-də Pəncab əyalətinin inzibati mərkəzi Lahor şəhərindən başlayıb. Cümə axşamı günü nümayişçilər hərəkatın sədri İmran Xanın rəhbərliyi ilə Qucranvalanın küçələrində yürüş ediblər.
İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.