Noyabrın 3-də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 107 ukraynalı vətənə qayıdıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Biz 107 hərbçini - 6 zabit, 101 sıravi və çavuşu azad edə bildik. Onların arasında üç “Azov” döyüşçüsü var. 74 döyüşçü isə “Azovstal”ı müdafiə edib”, - deyə Andrey Yermak əlavə edib.