Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin də zədələndiyi bildirilib. Ölənlər barədə məlumat daxil olmayıb.