Kiyevdə noyabrın 4-də səhər saatlarında 450 min mənzil işıqsız qalıb. Paytaxt sakinləri enerjiyə mümkün qədər qənaət etməyə çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram kanalında bildirib.
"Bu səhərə olan məlumata görə, 450 min istehlakçı, yəni Kiyevin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunmayıb. Bu, əvvəlki günlərlə müqayisədə 1,5 dəfə çoxdur", - deyə Kliçko yazıb.
O qeyd edib ki, elektrik enerjisi verilişinin dayandırılması ölkənin enerji sisteminin mərkəzi qovşağının həddən artıq yüklənməsi səbəbindən baş verir.
“Bütün paytaxt sakinlərinə müraciət edirəm, elektrik enerjisinə mümkün qədər qənaət edin, çünki vəziyyət ağır olaraq qalır!”, - deyə mer əlavə edib.