Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi İstanbulda qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Anadolu Agentliyinin məlumatına görə, Baş katib Yens Stoltenberq sosial şəbəkə hesabında yazıb: “Prezident Ərdoğana Ukraynadan taxıl ixracatı anlaşmasının davam etməsi ilə bağlı həyati əhəmiyyətli roluna görə minnətdarlığımı çatdırdım”.
Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etdiklərini vurğulayan Baş katib yazıb ki, bu iki ölkənin müttəfiqlər sırasına daxil edilməsi alyansı gücləndirəcək.