Noyabrın 4-də ABŞ Ukraynaya T-72 tankları və “Hawk” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx bəyanatla çıxış edib.
Yeni hərbi yardım paketinə “Hawk” hava hücumundan müdafiə sistemləri, təmir edilmiş T-72 tankları, 250 APC M1117, 40 zirehli qayıq, 1100 “Phoenix Ghost” dronları daxildir.
Qeyd edək ki, fevral ayında Rusiyanın elan etdiyi müharibədən sonra ABŞ Ukraynaya 18,3 milyard dollar həcmində hərbi yardım göndərib.