“Twitter”in yeni sahibi İlon Mask bildirib ki, şirkətin böyük maliyyə itkiləri səbəbindən işçilərin bir hissəsinin vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq mümkün deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İlon Mask bu barədə tviter hesabında yazıb.
““Twitter”də ixtisarların aparılmasına gəlincə, təəssüf ki, seçim yoxdur. Şirkət hər gün 4 milyon dollardan çox vəsait itirir”, - o yazıb.
O əlavə edib ki, işdən çıxarılan bütün əməkdaşlara kompensasiya qismində üç aylıq məvacib təklif olunub.
Qeyd edək ki, İlon Mask oktyabrın 27-də ABŞ şirkəti “Twitter”i satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.