İraqda daha bir türk əsgəri şəhid olub

A- A A+

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında daha bir türk hərbçisi şəhid olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat zonasında terrorçular tərəfindən basdırılan minanın detonasiyası nəticəsində yaralanan əsgər Fırat Günerin bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Pence Kilit” əməliyyat zonasında terrorçular tərəfindən basdırılan minanın detonasiyası nəticəsində 2 hərbçi yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: