Ermənistan hərbi bölməsinin silah-sursat anbarı partlayıb

A- A A+

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayış müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: